Pensiyasını almaq üçün atasının meyidini evdə gizlətdi

Pensiyasını almaq üçün atasının meyidini evdə gizlətdi
DÜNYA
13:39 12.12.2022
348
Yaponiyanın Osaka bölgəsində qəribə hadisə baş verib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, atasının cansız bədənini yaşadıqları evdə gizlədən 53 yaşlı şübhəli həbs edilib. 

Polisin verdiyi məlumata görə, ötən şənbə günü evdən çıxarılma bildirişi vermək üçün evə gedən dövlət məmuru az qala skeletə çevrilmiş insan cəsədi tapıb. 

Məmurun vəziyyəti polisə bildirməsindən sonra şübhəli Şoqo Kanaya həbs edilib. Cinayətini etiraf edən Kanayanın işsiz olduğu və 87 yaşlı atası Şigemi Kanayanın pensiyasını almağa davam etmək üçün vəziyyəti səlahiyyətlilərə bildirmədiyini qeyd edib.

Kanayanın atasının nə vaxt və necə öldüyünü açıqlanmayıb, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.

Aydın
OXŞAR XƏBƏRLƏR