Pentaqon: ABŞ Ukraynaya kibertəhlükəsizliyi gücləndirməyə kömək edir

Pentaqon: ABŞ Ukraynaya kibertəhlükəsizliyi gücləndirməyə kömək edir
DÜNYA
08:59 06.04.2022
265
ABŞ Rusiyanın hərbi müdaxiləsi zamanı Ukraynaya kibertəhlükəsizliyini gücləndirməyə kömək edir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığının rəhbəri general Pol Nakasone deyib.

Onun sözlərinə görə, ABŞ Kiber Komandanlığı indiki Rusiya-Ukrayna böhranına operativ reaksiya verir.

Nakasone əlavə edib ki, ABŞ Kiber Komandanlığının səyləri artıq həm ABŞ-ın, həm də Ukraynanın müdafiə qabiliyyətini artırıb.

General, həmçinin bildirib ki, komandanlıq Ukraynadakı vəziyyət fonunda infrastruktur sektorlarında təhlükəsizliyin gücləndirilməsinin zəruriliyi barədə dərhal ABŞ hökumətinə məlumat verib.
OXŞAR XƏBƏRLƏR