ABŞ Bağdadinin məhv edilməsinin görüntülərini yaydı - VİDEOLAR

DÜNYA
10:32 31.10.2019
4359
ABŞ Müdafiə Nazirliyi İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi əməliyyatının görüntülərini və əməliyyatın təfərrüatlarını açıqlayıb. 

ABŞ Mərkəz komandanlığının rəhbəri, general Kennet Makkenzi keçirdiyi brifinqdə bildirib ki, hücum vertolyotların köməyi ilə həyata keçirilib. Hücumdan əvvəl xüsusi təyinatlıları Suriya ərazisində qruplar halında cəmləşdiriblər. Terrorçunun məhv edilməsi əməliyyatı elə planlaşdırılmışdı ki, İŞİD üzvləri onun üstünü aça bilməsinlər və yerli sakinlərdən heç kim zərər çəkməsin.

General Makkenzi Bağdadinin olduğu evin video və fotolarını da təqdim edib. O, xatırladıb ki, iqamətgah İdlib əyalətində, Suriyanın şimal şərqində və Türkiyə sərhədindən cəmi 6.4 kilometr məsafədə idi. "Bu elə zonadır ki, biz adətən orada əməliyyatlar keçirmirdik. Ora çatmaq üçün Suriyadakı bazamızdan vertolyotlarla təxminən bir saat uçmaq lazım gəldi”,-Makkenzi bildirib.

Videonu şərh edən general qeyd edib ki, İŞİD yaraqlıları Amerika vertolyotlarını iki nöqtədən atəşə tutublar, lakin atəş nöqtləri susdurulub. Binaya hücumdan əvvəl xüsusi təyinatlılar içəridəkilərə təslim olmağı təklif ediblər. Növbəti videoda isə xüsusi təyinatlıların iki qrupu binaya yaxınlaşır. İçəridən çıxanlar yoxlanılır, sonra kənara çəkilir və hücum başlayır. Generalın sözlərinə görə, binada 11 uşaq olub.

Makkenzi qeyd edib ki, İŞİD yaraqlılarından beşi hərbçilərə təhlükə yaradıb və ərəb dilində təslim olmaq komandası verilsə də təslim olmayıblar. Söhbət dörd qadın və bir kişidən gedir, xüsusi təyinatlılar onları məhv ediblər. "Amerika döyüşçüləri tərəfindən sağ ələ keçiriləcəyinin qaçılmaz olduğunu görərək əl-Bağdadi üzərindəki bombanı partladıb, bu zaman onun yanında iki azyaşlı uşağı da var idi. Uşaqların yaşı 12-dən aşağı olub”,-komandan deyib.

Kennet Makkenzi bildirib ki, iki mərhələdə Bağadinin qalıqlarının DNK ekspertizası aparılıb və qalıqların İŞİD liderinə aid olduğu tamamilə təsdiqlənib. Terrorçunun cəsədinin qalıqları dənizə atılıb.

Virtualaz.org
 
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı

17:50 13.07.2020

Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

17:27 13.07.2020

Ermənilər itkilərini etiraf etməyə başladılar

17:22 13.07.2020

MTRŞ-dan telekanallara: Daha operativ davranmağı tövsiyə edirik

17:12 13.07.2020

KTMT-nin təcili iclası təxirə salındı

16:51 13.07.2020

"Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub" - Müdafiə Nazirliyi

16:47 13.07.2020

Deputat: “Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki…”