Pentaqon rəhbəri Ağ Evi iki dəfə şoka salıb

Pentaqon rəhbəri Ağ Evi iki dəfə şoka salıb
DÜNYA
20:11 10.01.2024
311
Xəstəxanada yatdığını gizlədən Pentaqon rəhbərinin daha bir olayı məxfi saxladığı üzə çıxıb. Belə ki, onun xərçəng xəstəliyinə tutulduğunu yanvarın 9-na qədər Ağ Evdə heç kim bilməyib.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O əlavə edib ki, ABŞ Prezidenti Co Bayden Pentaqonun rəhbərinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı ötən həftə, Milli Təhlükəsizlik Bürosundan bir gün sonra məlumatlandırılıb.

Ağ Ev sözçüsü diaqnozun və xəstəxanaya yerləşdirilmənin gizlədilməsi faktına baxmayaraq, Baydenin Ostinə tam etibar etdiyini vurğulayıb.

"Mən konkret situasiyada xüsusi şəxsi toxunulmazlıq hüququ ilə bağlı prezidentin düşüncələrinə müdaxilə etmək fikrində deyiləm. Prezident ilk növbədə nazir Ostindən narahatdır, Bayden onun Müdafiə Nazirliyinə rəhbərlik etmək qabiliyyətinə tam əmindir və sevinir ki, Pentaqon rəhbəri sağalmaq üzrədir”, - deyə Kirbi vurğulayıb.

O, həmçinin, Ostinin vəziyyətinin ABŞ-nin təhlükəsizlik maraqlarını təhdid etmədiyini bildirib, nazirin xəstəxanaya yerləşdirilməsi zamanı Silahlı Qüvvələrin hərbi əməliyyatlar apardığını qeyd edib.
Kirbi xatırladıb ki, yanvarın 4-də ABŞ hərbçiləri Bağdadda iranyönümlü şiə hərəkatı "Hizbullah əl-Nucaba” komandirlərindən birinin ölümünə səbəb olan zərbələr endirib, əlavə olaraq ABŞ ordusu Qırmızı dənizdə pilotsuz təyyarələri və raketləri vurub.

"Bütün bu müddət ərzində o (Ali Baş Komandan Bayden) buna nəzarət edib”, - deyə Ağ Ev nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, yanvarın 1-i axşam Ostin "Uolter Rid” Milli Tibb Mərkəzində (Meriland) xəstəxanaya yerləşdirilib, yanvarın 2-də isə onun bəzi səlahiyyətləri Ketlin Hiksə verilib. Onun xəstəxanada olması barədə hətta ABŞ Prezidenti Co Baydenin də xəbəri olmayıb. Ağ Ev rəhbəri bu barədə yanvarın 4-də, rəsmi press-reliz dərc edilməzdən cəmi 15 dəqiqə əvvəl xəbər tutub. Sonradan ABŞ Dövlət katibi Antoni Blinken də bu məsələdən gec xəbər tutduğunu etiraf edib.

Ostinin davranışının Ağ Ev administrasiyasında böyük narazılığa və sarsıntıya səbəb olduğu vurğulanıb. ABŞ Nümayəndələr Palatasında respublikaçı Mett Rozendeyl müdafiə nazirinin impiçmenti üçün qətnamə təqdim etməyi planlaşdırdığını açıqlayıb.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
18:12 21.10.2026
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir
17:49 21.10.2026
Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
17:48 21.10.2026
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İki marşrutun hərəkət sxemi dəyişdirildi
17:38 21.10.2026
İki marşrutun hərəkət sxemi dəyişdirildi
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
17:33 21.10.2026
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
17:25 21.10.2026
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
17:25 21.10.2026
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
Prezident bu sazişi təsdiq etdi
17:23 21.10.2026
Prezident bu sazişi təsdiq etdi
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
17:13 21.10.2026
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
17:06 21.10.2026
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
16:54 21.10.2026
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
16:51 21.10.2026
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
16:34 21.10.2026
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
16:29 21.10.2026
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
16:17 21.10.2026
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub
16:04 21.10.2026
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub