Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır

Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
DÜNYA
18:25 25.04.2025
188
ABŞ müdafiə naziri Pit Heqset Prezident Donald Trampın məxfi məlumatların sızması ilə bağlı qalmaqala yanaşmasından daha çox narahat olur və işdən çıxarıla biləcəyindən ehtiyatlanır.

Bu barədə "Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Tramp Heqsetin ətrafındakı insanlardan onun işi barədə soruşmağa başlayıb, ABŞ liderinin məsləhətçiləri isə Pentaqon rəhbərinin KİV-dəki son çıxışlarını diqqətlə izləyirlər.

"Heqset Trampın vəziyyəti necə qavraması, həmçinin özünün işdən çıxarılma ehtimalına görə getdikcə daha çox narahat olur", - qəzet yazıb.

Ötən həftə Heqsetin üç yüksək rütbəli köməkçisi məxfi məlumatların ehtimal olunan sızması ilə bağlı aparılan araşdırma çərçivəsində vəzifələrindən uzaqlaşdırılıb.
 
\Report
OXŞAR XƏBƏRLƏR