Pentaqon rəhbəri nüvə sınaqlarının davam etdiriləcəyini açıqlayıb

Pentaqon rəhbəri nüvə sınaqlarının davam etdiriləcəyini açıqlayıb
DÜNYA
10:36 07.12.2025
78
ABŞ öz nüvə triadasını modernləşdirəcək və digər ölkələrlə bərabər şəkildə nüvə sınaqları keçirəcək.

AZXEBER.COM xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Kaliforniya ştatında Ronald Reyqan adına Prezident Fondu tərəfindən təşkil olunan forumda çıxışı zamanı bəyan edib.

"O zaman prezident Trampın da dediyi kimi, biz nüvə triadamızı modernləşdiririk. Biz nüvə silahı və nüvə başlıqlarının çatdırılma sistemlərinin sınaqlarını digər ölkələrlə bərabər aparacağıq", – deyə o bildirib.

Heqset vurğulayıb ki, ABŞ Çinlə hərbi qarşıdurma istəmir.

"Tramp dövründə Müdafiə Nazirliyi sağlam düşüncədən çıxış edir. Bu yanaşma Çini qarşıdurma ilə deyil, güc vasitəsilə cilovlamağa əsaslanır", – Pentaqon rəhbəri qeyd edib.
 
"Report"
OXŞAR XƏBƏRLƏR