Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder "Vaqner"in qurucusu Yevgeni Priqojinin ölümü ilə əlaqədar açqılama verib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, mətbuat katibi gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
Görüşdə bir jurnalist keçən il Şimali Koreyanın Vaqnerə silah satdığına dair irəli sürülən iddiaları xatırladaraq "Vaqner ilə Şimali Koreya arasındakı silah müqaviləsinin bitdiyinə inanırsınızmı?" sualını verib.
Priqojinin ölümünə toxunan Rayder "Burada əsas məqam Vagner qrupunun mahiyyətcə bitməsidir. Ona görə də deyə bilərəm ki, heç bir danışıqlar yoxdur", - deyib.
Vaqnerin bir müddətdir Rusiya-Ukrayna müharibəsində meydanda ən təsirli faktor olduğunu ifadə edən Rayder "Rusiya İran və Şimali Koreya kimi zalım rejimlərdən sursat və ya silah almağa çalışır", - deyib.
Mikayıl