Perinatal Mərkəz cərimələndi

Perinatal Mərkəz cərimələndi
SOSİAL
17:39 17.02.2025
603
"Respublika Perinatal Mərkəzi" ilə bağlı məhkəmə prosesi keçirilib.

Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, "Respublika Perinatal Mərkəzi" PHŞ 350 manat məbləğində cərimə olunub.

Məlumata görə, bir müddət öncə Fövqəladə Hallar Nazirliyi "Respublika Perinatal Mərkəzi" PHŞ-də yoxlama keçirib və qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) pozulması ilə bağlı akt tərtib olunub. Bununla bağlı Xətai rayon Məhkəməsinə müraciət olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Hazırda cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.  /APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU