Reklam rolikində çəkilmək üçün Türkiyəyə gələn amerikalı aktrisa Peris Hilton 2 türk polisinin başına bəla açıb. Belə ki, çoxsaylı mühafizəçi ilə gəzən Peris Hiltonu 2 naməlum polis motosikletlə müşayiət edib. Eskort-polislər Peris Hiltonun olduğu mikroavtobusu hər yerdə müşayiət edib, Peris studiyada çəkilişlərdə olanda da onu gözləyib və geri qayıdanda da onu müşayiət etməyə davam ediblər.Polislərin Hiltonu tapşırıq olmadan müşayiət etdiyi barədə mətbuatda yayılan xəbərlər qalmaqala səbəb olub. İstanbul baş polis idarəsinin rəisi Hüseyn Çelik dərhal araşdırmalara başlayıb. Həmin 2 polis isə 3 il müddətinə ehtiyata göndərilib.