Pərviz Bülbülə sosial media hesanından izləyicilərinə səslənib.
AZXEBER.COM xəbər verir ki, "Facebook" hesabının olmadığını deyən meyxanaçı, sözügedən platformada onun adından siyasi mövzularda paylaşım edildiyini, bununla heç bir əlaqəsinin olmadığını bildirib.
"Mənim ümumiyyətlə "facebook" um yoxdur. Eşitdiyimə görə orada mənim adımdan paylaşımlar edilir, özü də siyasi mövzularda. Çox xahiş edirəm bu şeylərə inanmayın. O mən deyiləm. Siyasi mövzulara heç vaxt qarışmamışam, qarışmaram da. Buna nə haqqım, nə də həvəsim var".
Aysel