Peruda 5,4 bal gücündə zəlzələ oldu: Ölən və yaralanan yoxdur

Peruda 5,4 bal gücündə zəlzələ oldu: Ölən və yaralanan yoxdur
DÜNYA
14:21 30.12.2022
227
Cənubi Amerika ölkəsi olan Peruda 5,4 bal gücündə zəlzələ baş verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Peru Geofizika İnstitutunun (PGI) Milli Seysmoloji Mərkəzi 80 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Arekipa şəhərindən 11 kilometr aralıda yerləşən Quilka olduğunu açıqlayıb.

Səlahiyyətlilər zəlzələdə can və ya mal itkisinin olmadığını bildirib.

Dünyanın ən yüksək seysmik aktivliyinə malik ölkələrdən biri olan Peru "Alov halqası” kimi də tanınan Sakit Okean Zəlzələ Kəmərində yerləşir.

Qeyd edək ki, 15 avqust 2007-ci ildə Peruda baş verən 7,9 bal gücündə zəlzələdə 595 nəfər həlak olub.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR