Peruda yanğından ölənlərin sayı artıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Perunun müxtəlif bölgələrində iyul ayından bəri davam edən meşə yanğınlarında ölənlərin sayı artıb.
Peru Mülki Müdafiə rəsmilərinin verdiyi açıqlamaya görə, yanğınlar nəticəsində 15 nəfər həyatını itirib, onlardan 10-u son iki həftədə olub.
Səlahiyyətlilər yanğınlar nəticəsində 98 nəfərin xəsarət aldığını, 334 iribuynuzlu heyvanın tələf olduğunu, ən azı 3 min hektar əkin sahəsinin və təbii ərazilərin külə döndüyünü bildirib.
Yanğınların bəzilərinin Amazon bölgələrində olduğunu və bunun müdaxiləni çətinləşdirdiyini, buludların, tüstünün və küləyin havadan yanğınlara müdaxiləsini çətinləşdirdiyini qeyd edib.
Gülay