“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - Video

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - Video
SOSİAL
21:12 21.03.2026
276
Texnologiya müəllimi Pərvanə Abbasovanın qətlinin bəzi detalları məlum olub.

AZXEBER.COM xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın həmkarlarının sözlərinə görə, o, illərdir həyat yoldaşı həyat yoldaşı Vasif Abbasov tərəfindən zorakılığa məruz qalırmış:

"İllərdir baş verən  təzyiq, təhqir və təhdidlərin bu yerə gələcəyini bildiyi üçün Yoldaşı ilə yollarını ayırmağa çalışıb. Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib”.

Hətta bildirirlər ki, gənc qadın dəfələrlə uşaqları ilə təhdid olunub. Əri tərəfindən evə məhkum edilən 36 yaşlı qadın ayrılmaq qərarını yoldaşına bildirdikdə isə V.Abbasov onu qətlə yetirib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Vasif Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Ətraflı "Baku Tv”nin videomaterialında:

OXŞAR XƏBƏRLƏR