Tanınmış aktrisa Pərvin Abıyeva ona atılan atmacalara cavab verib.
AZXEBER.COM xəbər verir ki, Pərvin ona sataşanlara yumorla cavab verib.
O bəzi aktrisaların onun adını çəkməklə məşhurlaşmaq istədiyini deyib: "İstəyirəm "məşhuretmə” şirkəti açım. Tanınmaq istəyən birbaşa mənə müraciət etsin. Daha hər verilişdə və müsahibədə mənim adımı çəkməyə ehtiyac olmasın. Hər yerindən duran Pərvin deyir. İnşallah mənim olduğum statusa və yerimə çatarsız. Dediyim kimi mənə müraciət edin əlimdən gələn köməyi edim. Siz Allah arxamca danışmayın. Ən nifrət etdiyim xüsusiyətdir. Ən yaxşısı səmimi olub, şirkətimə müraciət edin”
Qeyd edək ki, aktrisa Aynur Əliyeva efirdə Pərvini tənqid edib. Ona aktrisalıq yox, modellik etməyi məsləhət görüb.
Nazim Qasımzadə