Pərvin Abıyeva: "Mən də daxil olmaqla bir çox gənc dindən uzaqlaşıb"

Pərvin Abıyeva: "Mən də daxil olmaqla bir çox gənc dindən uzaqlaşıb"
MAQAZİN
15:50 15.05.2017
19658
Azərbaycanın ilk qorxu filmi hesab olunan "Xənnas”-ın baş rol ifaçısı Pərvin Abıyeva filmin uğurundan danışıb.
 
AZXEBER.COM–a danışan aktrisa filmin dini nöqteyi nəzərdən insanlara yaxşı mesajlar verdiyini bildirib: "Xənnas filmi tamaşaçılar tərəfindən çox sevilib və filmə müsbət reaksiyalar gəlir. Filmdə dinə çağırış var idi. İndiki gənclərimizə də bu çox önəmli mesajdır. Mən də daxil olmaqla biz avroplaşaraq dini unuduruq. Filmdəki o səhnələr mənə də çox şeyi öyrətdi. Film tam hazır olandan sonra baxdıqda həm qürurlandım, həm də ağladım.”
 
Aktrisa dinə bağlı insan olduğunu açıqlayıb: "Dinimi çox sevirəm. Sadəcə bizim sənət bir az elədir ki, onun vacib bildiyi əməllərə tam riayət edə bilmirsən. Gördüyün işlə namaz uyğun gəlmir. Çox istəyərdim ki, namaz qılım. Bu hələki məndə gözlənilmir. Namaz qılırsansa hicab bağlamaq vacib deyil.”
 
Pərvin Abıyeva yaxın günlədə star götürəcək və iştirakçı qismində iştirak edəcək "Maşın” realiti şousundan da danışıb: "Mən həm fiziki həm də mənəvi cəhətdən güclü bir insanam. O baxımdan qalib gələ bilərəm amma ola bilər ki, səsvermədə məğlub olum. Yarışda düşmənçilik inanmıram olsun. Çünki o şoudur.”
 
Nazim Qasımzadə,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR