Pərvin möhtəşəm ad günündə oriyental oynadı - VİDEO

Pərvin möhtəşəm ad günündə oriyental oynadı - VİDEO
MAQAZİN
16:22 18.10.2016
2695
 
Tanınmış gənc aktrisa Pərvin Abıyeva dünən 26 yaşını ailəsi və yaxın dostlarının əhatəsində qeyd edib.
Özəl günündə danışan aktrisa ad günündə iştirak edən hər kəsə təşəkkürünü bildirib:
"Özümü xoşbəxt hiss edirəm. Kimləri çağırmışdım, hamısı bir-bir gəlib. Qonaqlarımın gəlməyi mənim üçün ən böyük hədiyyədir. Ən böyük məqsədim ailə ənələrimizi davam etdirmək , ailə həyatı qurmaq və övladlarımın olmağıdır. Bu il inşallah ailə quracağam". 
Aktrisanın anası isə qızının bu özəl günündə səmimi duyğularını özəl olaraq bizimlə paylaşıb: 
"Qızımla fəxr edirəm. Hədiyyəsini də vermişəm, ürəyim həmişə ona qurbandır. Qızıma xoşbəxtlik arzu edirəm, üzü həmişə gülsün. Pərvini tək böyütmüşəm, həyatdan bircə onun xoşbəxt olmasını istəyirəm, vəssalam ".

///big.az
 

OXŞAR XƏBƏRLƏR