2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələrinə əsasən 8791 nəfər müsabiqədən keçib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 4-də müsabiqədə iştirak edən namizədlərin mobil telefonlarına qəbul nəticələri barədə SMS göndərilib. Peşə təhsili müəssisələrinə qəbul olunan şəxslər qəbul edildikləri ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə əldə edə bilərlər.
II mərhələ üzrə müsabiqədən keçən namizədlər sentyabrın 4-dən 10-dək, saat 18:00-a qədər qəbul olunduqları peşə təhsili müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun II mərhələsi 69 peşə təhsili müəssisəsində 149 ixtisas olmaqla 12766 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 23541 nəfər müsabiqədə iştirak edib. Ümumilikdə 8791 nəfər müsabiqədən keçib.









































