Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kimdir? - DOSYE

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kimdir? - DOSYE
SOSİAL
12:23 18.12.2025
530
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyinatı olub. 
 
AZXEBER.COM xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.
 
Bu vəzifəyə təyin olunan İlqar Bayramlı 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb. Bu dövrdə iqtisadi qərarların modelləşdirilməsi, statistik təhlil və riyazi əsaslandırma sahəsində dərin biliklər əldə edib. 

Əmək fəaliyyətinə 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb. Müxtəlif illərdə "Neftçi” Peşəkar Futbol Klubu MMC-də Maliyyə şöbəsinin rəisi, "Alyans Tekstil” MMC-də direktor, "Capital Motors” MMC-də maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrində fəaliyyət göstərib. Bu dövrdə iri təşkilatlarda maliyyə intizamının qurulması, strateji planlaşdırma, xərclərin optimallaşdırılması, investisiya qərarlarının əsaslandırılması və institusional dayanıqlığın təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edib. 

Sonrakı mərhələdə 2020-2022-ci illərdə "Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri, "AzGranata” MMC-də Maliyyə departamentinin rəhbəri, eyni zamanda İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. Bu vəzifələrdə həm maliyyə, həm də icraedici idarəetmə funksiyalarını paralel şəkildə həyata keçirib, strateji qərarların qəbulu və iri kollektivlərin idarə olunması sahəsində təcrübəsini daha da genişləndirib. 

2022–2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri vəzifələrində çalışıb. Bu dövrdə dövlət təhsil siyasətinin iqtisadi əsaslarının formalaşdırılmasında, təhsil sistemində maliyyə mexanizmlərinin təkmilləşdirilməsində, resursların səmərəli bölgüsündə və strateji sənədlərin hazırlanmasında birbaşa iştirak edib. 

2025-ci ilin sentyabr–dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bu vəzifədə təhsilin inkişafı üçün innovativ və alternativ maliyyə alətlərinin tətbiqi, layihə əsaslı yanaşmaların təşviqi və dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi istiqamətində təşəbbüslərə rəhbərlik edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb