Peşəkar mühasib sertifikatı almaq istəyənlər test imtahanı veriblər

Peşəkar mühasib sertifikatı almaq istəyənlər test imtahanı veriblər
SOSİAL
17:14 11.12.2022
152
Dekabrın 11-də Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrə) keçirilib.

AZXEBER.COM xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 44 nəzarətçi müəllim, 4 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 3 həftə ərzində elan olunacaq.
OXŞAR XƏBƏRLƏR