"Peşəkarlıq "Porto"ya qarşı sevgimdən üstün deyil"

"Peşəkarlıq "Porto"ya qarşı sevgimdən üstün deyil"
İDMAN
17:01 27.12.2017
1273
Noyabrın sonunda Çinin "Şanxay SIPQ" klubunda istefaya gedən Andre Villaş-Boaş Portuqaliyanın "O Jogo" nəşrinə açıqlama verib.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəsis çalışmaq istədiyi çempionatları sadalayıb.

"Mənim planlarımda Avropanın ən güclü çempionatlarına qayıtmaq daxildir. Portuqaliyada işləmək istəyim yoxdur. Öz gücümü İspaniya, İtaliya, Almaniya və Fransada sınamaq istərdim. Amma hansına daha çox üstünlük verdiyimi deyə bilmərəm. "Benfika" və ya "Sportinq"i çalışdırmaq? Heç vaxt. Peşəkarlıq bu klubların prinsipial rəqibi "Porto"ya qarşı sevgimdən heç vaxt üstdə durmayacaq" - gənc mütəxəsis qeyd edib.

Fransa mətbuatının məlumatına görə, PSJ-nin idman direktoru Antero Enrike Villaş-Boaşdan məşqçilik fəaliyyətini bərpa edəcəyi halda onu məlumatlandırmasını xahiş edib.

OXŞAR XƏBƏRLƏR