Peskov: Budapeştdə planlaşdırılan sammitin təxirə salınması mümkün deyil

Peskov: Budapeştdə planlaşdırılan sammitin təxirə salınması mümkün deyil
DÜNYA
14:50 21.10.2025
87
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan sammitin tarixini açıqlamadıqlarını ifadə edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov Moskvada müxtəlif aktual mövzularda jurnalistlərin suallarını cavablandırıb.

Avropa ölkələrinin Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşmasını tənqid edən Peskov, "Avropalılar sülhü dəstəkləmir və sülhün bərqərar olmasına töhfə vermirlər. Əksinə, Kiyev rejimini hər cür şəkildə müharibəni davam etdirməyə təşviq edirlər" deyə bildirib.

Putin və Tramp arasında Budapeştdə planlaşdırılan zirvə görüşünün təxirə salındığı iddialarına da toxunan Peskov, "Zirvə üçün intensiv hazırlıq lazımdır. Artıq nə bizim, nə də ABŞ-nin açıqlamalarında sammitin tarixi qeyd olunmayıb" deyib.

Peskov vurğulayıb ki, ona görə də qeyri-müəyyən tarixi olan sammitin təxirə salınması mümkün deyil.

Avropa liderlərinin Budapeşt sammitində iştirakını şərh etmək üçün hələ tez olduğunu qeyd edən Peskov sammitin təfərrüatlarının hələ tam dəqiqləşmədiyini bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR