İstanbul razılaşmaları Ukrayna nizamlanması üçün başlanğıc nöqtəsi ola bilər.
"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vaşinqtonda da bu razılaşmaların danışıqlar üçün əsas, başlanğıc nöqtəsi ola biləcəyi barədə bəyanatlar eşitdik. Əlbəttə ki, Prezident Vladimir Putin də danışıqların məhz İstanbul razılaşmalarının başlanğıc nöqtəsi kimi götürülə biləcəyini söyləyib", - D.Peskov qeyd edib.
Bundan əlavə, o bildirib ki, Rusiya tərəfi Avropa İttifaqının hərbiləşdirilməsi planları ilə bağlı potensial təhlükə görür, buna görə də cavab tədbirləri görməli olacaq.
"Bütün bu hərbiləşdirmə əsasən Rusiyaya qarşı baş verir. Bu, əlbəttə ki, potensial olaraq bizim dərin narahatlığımızın mövzusu ola bilər. Təhlükəsizliyimizin təmin edilməsi üçün müvafiq cavab tədbirlərinin görülməsi zərurəti yarana bilər", - o vurğulayıb.