Peskov: Kiyev üzərində təzyiqi gücləndirməkdə davam edəcəyik

Peskov: Kiyev üzərində təzyiqi gücləndirməkdə davam edəcəyik
DÜNYA
13:33 02.07.2026
137
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün Ukrayna rəhbərliyinə təzyiqi artırmaq niyyətində olduğunu açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov bu barədə Moskvada jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və təzyiqlərin artırılması ilə bağlı fikirlərinə münasibət bildirərək deyib ki, Moskva da öz növbəsində Kiyev rəhbərliyinə təzyiqi gücləndirməyə davam edəcək.

Peskovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Ukraynanın paytaxtı Kiyev və digər yaşayış məntəqələrinə endirilən zərbələrin nəticələri barədə Prezident Vladimir Putinə məruzə edib.

Kreml nümayəndəsi bildirib ki, hücumlar yalnız hərbi və ya hərbi təyinatlı obyektləri hədəf alıb. O, eyni zamanda Avropa İttifaqını Rusiya ilə gərginliyi artırmaqda ittiham edib və Aİ-nin militarizasiya xətti seçdiyini vurğulayıb.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ölkəyə 74 raket və 496 pilotsuz uçuş aparatı ilə hücum etdiyini açıqlayıb.

Gülay

OXŞAR XƏBƏRLƏR