Peskov: Kremldə Teleqramdan xidməti məqsədlər üçün istifadə edilmir

DÜNYA
18:07 27.08.2024
148
Dövlət qulluqçuları heç bir messencerdən xidməti məqsədlər üçün istifadə etməməlidirlər.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Teleqram platformasında yazışmaları təmizləməyi "tam axmaqlıq” adlandırıb.

Kremlin sözçüsü qeyd edib ki, Kremldə messencerlərdən xidməti məqsədlər üçün istifadə etmirlər.

Peskov deyib ki, informasiya təhlükəsizliyi baxımından heç bir messencer etibarlı deyil, o cümlədən Teleqram.
 
///apa
OXŞAR XƏBƏRLƏR