Peskov: Paşinyanın tezliklə Rusiyaya səfəri gözlənilir

Peskov: Paşinyanın tezliklə Rusiyaya səfəri gözlənilir
DÜNYA
14:06 24.09.2026
104
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinin yaxın vaxtlarda baş tutacağı ilə bağlı razılıq əldə olunub.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ razılaşdırılmayıb.

"Paşinyanın Rusiyaya səfərinin dəqiq tarixləri hələ razılaşdırılmayıb. Lakin səfərin yaxın vaxtlarda baş tutacağı ilə bağlı anlaşma var”, – Peskov deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sonuncu görüş sentyabrın 1-də Bişkekdə baş tutub. Tərəflər Rusiya-Ermənistan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlıq və Ermənistanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı məsələləri müzakirə ediblər.
OXŞAR XƏBƏRLƏR