Peskov: “Putin Krım körpüsü ətrafında vəziyyətlə bağlı iclas keçirəcək”

Peskov: “Putin Krım körpüsü ətrafında vəziyyətlə bağlı iclas keçirəcək”
DÜNYA
19:08 17.07.2023
228
Rusiya Prezidenti Vladimir Putin yerli vaxtla saat 19:00-da Krım körpüsü ətrafında vəziyyətlə bağlı iclas keçirəcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, hazırda V.Putinin tapşırığı ilə Rusiya Baş nazirinin müavini Marat Xusnullin regiona səfərə yollanıb.

D.Peskov qeyd edib ki, Rusiya dövlət başçısı Aerokosmik Qüvvələrin hesabatından sonra müşavirə keçirəcək və Marat Xusnullin vəziyyətlə bağlı yerindəcə məlumat verəcək.
OXŞAR XƏBƏRLƏR