Rusiya-ABŞ münasibətlərində çoxlu "problemlər" var, dialoq bərpa olunsa da, tez bir zamanda nəticə gözləmək lazım deyil.
Bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə bildirib.
"İkitərəfli münasibətlərdə çoxlu sayda problemlər var. Tez bir zamanda hər hansı bir nəticəyə ümid etmək çətin ki, mümkün olsun", - o qeyd edib.