Peskov: "Rusiya Putin və Əliyev görüşünün nəticələrini yüksək qiymətləndirir"

Peskov: "Rusiya Putin və Əliyev görüşünün nəticələrini yüksək qiymətləndirir"
SİYASƏT
13:54 29.10.2025
94
"Moskva Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında Tacikistanda keçirilən ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndirir".

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.

"Biz iki prezident arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu o nöqteyi-nəzərdən vacib görüş idi ki, biz ikitərəfli münasibətlərimizdə həmin səhifəni birlikdə vərəqlədik", - deyə Peskov qeyd edib.
 
oxu.az
OXŞAR XƏBƏRLƏR