Peskov: Rusiya və ABŞ əlaqələri davam etdirəcək, hələ ki konkretlik yoxdur

Peskov: Rusiya və ABŞ əlaqələri davam etdirəcək, hələ ki konkretlik yoxdur
DÜNYA
14:16 25.03.2025
206
Rusiya və ABŞ öz əlaqələrini davam etdirəcək, lakin müddətlər və nümayəndə heyətlərinin tərkibi barədə hələ ki konkretlik yoxdur.

AZXEBER.COM xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Əlaqələrin davam etdiriləcəyi barədə anlayış var, lakin hələ ki konkretlik yoxdur. Bu razılaşdırılacaq", - o vurğulayıb.

D.Peskov əlavə edib ki, hələ ki Rusiya və ABŞ prezidentləri arasında söhbət planlaşdırılmayıb.//report
OXŞAR XƏBƏRLƏR