Peskov: Tramp istəsə, istənilən vaxt Rusiyaya gələ bilər

DÜNYA
13:49 16.02.2025
303
Rusiya lideri Vladimir Putindən dəvət alan ABŞ Prezidenti Donald Tramp istədiyi vaxt Moskvaya gələ bilər.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

O, müvafiq suala cavabında "Əlbəttə", deyib.

Xatırladaq ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Donald Trampı Moskvaya səfərə dəvət edib.
OXŞAR XƏBƏRLƏR