Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqları davam etdirirlər, onlar videoformatda keçirilir.
AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, bunu "İnterfaks”a açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bəli, danışıqlar videoformatda davam edir, nümayəndə heyətinə (Rusiya Federasiyası Prezidentinin köməkçisi-red) Vladimir Medinski başçılıq etməkdə davam edir”, - Peskov bildirib.
"Hələlik təfərrüatları şərh etməkdən çəkinirik”, - Peskov əlavə edib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski danışıqların keçmiş "Belovejsk formatı”nda olub-olmaması ilə bağlı suala müsbət cavab verib.