"Ukraynada xüsusi hərbi əməliyyat ciddi şəkildə tam plana uyğun gedir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Peskov bildirib ki, əməliyyat uğurla inkişaf edir və ciddi şəkildə planlar və tapşırıqlara müvafiq aparılır.
Peskov qeyd edib ki, əməliyyatın planları və tapşırıqları barədə təkrar açıqlama verməyəcək.