Peskov: Xəzər Boru Kəməri Konsorsiumu ilə neft tədarükünün dayandırılması yalandır

Peskov: Xəzər Boru Kəməri Konsorsiumu ilə neft tədarükünün dayandırılması yalandır
DÜNYA
15:18 27.03.2026
135
ABŞ-a təzyiq göstərmək üçün Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə neft tədarükünün dayandırılması planları barədə məlumatlar yalandır.

AZXEBER.COM-un Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunu sıradan çıxarmağa çalışmağa davam edir və dəfələrlə ona qarşı dron hücumları həyata keçirib.

"Kiyev enerji şantajı ilə məşğul olmağa davam edir ki, bu da şirkətimizin, Amerika şirkətlərinin və Qazaxıstan şirkətlərinin maraqlarına zərər verir", - Peskov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR