Peskov: Zelenskinin istefası Rusiyanın danışıqlar üçün tələbləri arasında deyil

Peskov: Zelenskinin istefası Rusiyanın danışıqlar üçün tələbləri arasında deyil
DÜNYA
22:35 23.04.2025
349
Ukrayna prezidenti Volodimir Zelenskinin istefası Rusiyanın iki ölkə arasındakı münaqişənin həlli tələbləri arasında deyil.

Bunu Fransanın "Le Point" nəşrinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, bizim tələblərimizdən biri deyil, lakin bu gün Zelenski ilə saziş imzalansa belə, insanlar sonradan Ukraynada çıxıb onun legitimliyini qanuni olaraq şübhə altına ala bilərlər”, - deyə o qeyd edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR