Peterburqda həlak olan azərbaycanlı qızla bağlı yeni xəbər

Peterburqda həlak olan azərbaycanlı qızla bağlı yeni xəbər
DÜNYA
16:39 05.04.2017
1396
Sankt-Peterburq metrosunda partlayış zamanı həlak olan azərbaycanlı tələbə Dilbər Əliyevanın yaxınlarına Peterburq qubernatorunun məsləhətçisi, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov kömək edəcək.

Onun sözlərinə görə, artıq diaspora nümayəndələri aeroportda həlak olmuş tələbənin qohumlarını qarşılayıblar. O həmçinin bildirib ki, Azərbaycan diasporası faciədə həlak olmuş qızın qohumlarına maliyyə yardımı edəcək.

Azərbaycan diasporası sabah baş tutacaq terrora qarşı mitinqdə də iştirak edəcək.

Xatırladaq ki, hadisə aprelin 3-də saat 14.40-da "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut" stansiyaları arasında baş verib. Nəticədə 14 nəfər həlak olub, 80 nəfər xəsarət alıb.
 
//virtualaz
OXŞAR XƏBƏRLƏR