Türkiyənin "Petkim Holdinq"i "Petkim" yarımadasında inşa olunan "Star" emal zavodundan pay almaq üçün bu layihənin icraçısı olan "SOCAR Turkey Energy" şirkəti ilə danışıqlara başlayıb. "Report" xəbər verir ki, bu barədə "Petkim Holdinq" məlumat yayıb.
Şirkətdən verilən açıqlamaya görə, Holdinq "Star" emal zavodunda 7-9% pay almaq istəyir.
"Petkim Petrokimya Holdinq A.Ş."-nin İdarə Heyəti "Star Emal Zavodu A.Ş."-dən 7-9% pay almaq üçün əsas ortağımız "SOCAR Turkey Energy A.Ş."-dən "Rafineri Holdinq A.Ş."-dən 12-14% pay almaq üçün danışıqlara başlayıb. Hazırda "Rafineri Holdinq A.Ş."-nin 100%-lik sahibi "SOCAR Turkey Energy"dir. "Rafineri Holdinq"də "SOCAR Turkey Yatırım"ın payı 59,99%-dir. "SOCAR Turkey Yatırım" həm də "Strar" zavodunun tam sahibidir", - məlumatda bildirilir.