​"Petkim"in rüblük xalis mənfəəti kəskin artıb

​"Petkim"in rüblük xalis mənfəəti kəskin artıb
İQTİSADİYYAT
11:35 22.06.2016
1196
"Petkim Holding"in 2016-cı il I rübündə xalis mənfəəti keçən ilin analoji dövrü ilə müqayisədə 3,4 dəfə artaraq 149 mln. lirəyə (51,3 mln. ABŞ dolları) yüksəlib, gəlirləri isə 1,108 mlrd. lirə (380 mln. dollar) təşkil edib, məhsuldarlıq göstəricisi isə 93%-ə yüksəlib. "Report"un "Finans.Haberler" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "Petkim"in baş müdiri Sadettin Korkut məlumat verib.
O, 2016-cı ilin "Petkim" üçün xüsusilə önəmli olduğunu, bu ilin sonuna qədər Holdinqin daha əvvəl həyata keçirdiyi 3 investisiya layihəsinin bəhrəsini görəcəyini ifadə edib. "Petkim Konteyner Limanı" (Petlim), "Külək Elektrik Stansiyası" (KES) və "Petkim Specialities"in şirkətinin məhsuldarlığını artıracağını vurğulayan Korkut, 3 il tikintisi davam edən konteyner limanının inşaatın artıq başa çatdığını və keçən ilin dekabrında işə salındığını qeyd edib. Təxminən 400 mln. ABŞ dollarına başa gələn bu investisiya layihəsi ilə "Petkim" Egey dənizi bölgəsində ən böyük konteyner limanına sahib olub, Türkiyənin isə 3-cü ən böyük limanına çevrilib.
"Petkim"in baş müdiri bildirib ki, limanda idarəedici şirkət personal və təlim işlərini bitirdikdən sonra yaxın zamanlarda gəmi qəbul etməyə də başlayacaq: "Limanın rəsmi açılışını 2016-cı ilin ikinci yarısında Azərbaycan və Türkiyə prezidentlərini iştirakı ilə həyata keçirilməsi gözlənilir".
"Petkim"in enerji hasilatını 20% artırmasına kömək edəcək KES-də artıq montaj mərhələsinə başlanıldığını qeyd edən S.Korkut 51 MVt gücə malik olan bu stansiyanın ilin sonunda istismara veriləcəyini deyib. Layihənin dəyəri 54 mln. avrodur.
"Əsas xammal tədarükçüsü olduğumuz sektorlarda əlavə dəyər yaradan məhsulların istehsalına yardım etmək üçün mühəndislik plastikləri və yeni texnologiya ilə kimyəvi məhsulların istehsalı məqsədilə "Petkim Specialities" şirkətini qurduq. Bu şirkətdə istehsala ilin son rübündə başlanacaq. Daxili bazarda bu şirkət yaxından izlənilir. Çünki 24 min ton istehsal gücünə sahib olan şirkət Türkiyədə əsasən idxal yolu ilə əldə edilən paket, avtomobil, müdafiə, tibb, bilgi texnologiyaları kimi sektorları təmin edən yüksək əlavə dəyərə sahib olan məhsullara üstünlük verəcək", - deyə şirkətin baş müdiri bildirib.
S.Korkutun sözlərinə görə, "Petkim" hər il istehsalın, məhsuldarlığın və enerji effektivliyinin artırılmasına, maya dəyərinin isə 
azaldılmasına ən azı 100 mln. ABŞ dolları həcmində investisiya yatırır: "2015-ci ildə yatırılan investisiya təxminən 125 mln. dollar olub, 2016-cı il üçün isə 100 mln. dollardan artıq həcmdə proqnozlaşdırılır".
Qeyd edək ki, 1965-ci il aprelin 3-də başda "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti olmaqla təsis edilən "Petkim" fəaliyyətə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlayıb. Daha sonra qurumun digər müəssisələri də işə salınıb. "Petkim"in ən müasir texnologiyalarla təchiz edilmiş və optimal istehsal güclərinə malik ikinci kompleksi 1985-ci ildə İzmirin Əliağa bölgəsində fəaliyyətə başlayıb.
2008-ci il mayın 30-da keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq A.Ş."-nin səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə “SOCAR Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Səhmlərin alınmasından sonra SOCAR-ın “Petkim”dəki payı 61,32%-ə çatıb, qalan 38,68% isə İstanbul Fond Birjasında sərbəst dövriyyədə yerləşdirilib. Daha sonra müəyyən hissələr satılıb və hazırda SOCAR-ın "Petkim"də payı 56,32%-dir.
Hazırda "Petkim"in nəzdində aşağı və yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir