Petr Çex: "Bakıya gedəcəyim üçün çox xoşbəxtəm"

İDMAN
13:02 10.05.2019
3556
"Əvvələr heç vaxt Bakıda olmamışam. Ora gedəcəyim üçün həqiqətən çox xoşbəxtəm”.

"Report” xəbər verir ki, bunu İngiltərənin "Arsenal” komandasının qapıçısı Petr Çex UEFA Avropa Liqasında İspaniya "Valensiya”sını səfərdə 4:2 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündən sonra deyib.

Hazırda "topçular"ın heyətində yer alan çexiyalı qolkiperin fikrincə, mayın 29-da Bakı Olimpiya Stadionunda sabiq komandası "Çelsi"yə qarşı keçirəcəkləri final qarşılaşmasında təcrübə həlledici rol oynaya bilər: "Öz arzularınıza inanmalısınız. Bu, onların həyata keçməsi üçün yeganə vasitədir. Səylə işləmək lazımdır, ancaq inanmaq da vacibdir. "Arsenal” üçün tarix yazmağın astanasındayıq. Bu fantastik klubun azarkeşləri və klubda çalışan hər kəs avrokubok finalında qələbəyə layiqdirlər. Fikrimcə, indiki məqamda təcrübə öz sözünü deyə bilər. Finala çıxanda hər kəsin üzərində böyük təzyiq olur. Ona görə də təcrübəli futbolçular digər oyunçuların da hazır olmasına kömək etməlidirlər”.

Qeyd edək ki, "Arsenal” Avropa Liqasının cari mövsümündə "Qarabağ”la eyni qrupda yer alsa da, Petr Çex zədə üzündən ötən ilin oktyabrında Bakıya gələ bilməyib. O, Londondakı ikinci oyunda da iştirak etməyib. Çexiyalı qolkiper Bakıdakı finaldan sonra karyerasını başa vuracağını açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:24 28.05.2020

Qətərin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

23:22 28.05.2020

Şagirdlər Respublika Gününü belə qeyd etdi-Video

23:04 28.05.2020

Türkiyə Super Liqası bu tarixdə bərpa ediləcək - RƏSMİ

22:38 28.05.2020

İngiltərədə ilk: hicablı qadın hakim təyin olundu

22:15 28.05.2020

İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir"

22:13 28.05.2020

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum oldu - STATİSTİKA

22:03 28.05.2020

Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər"

22:00 28.05.2020

Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü -FOTO - VİDEO

21:48 28.05.2020

Prezident: "Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar"

21:34 28.05.2020

Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı

20:54 28.05.2020

Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü

20:04 28.05.2020

Gürcüstan Ermənistana koronavirusla mübarizədə kömək təklif etdi

19:38 28.05.2020

Azərbaycanda bu günə qədər 4 759 nəfər koronavirusa yoluxub, 56-sı ölüb

19:25 28.05.2020

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

19:23 28.05.2020

Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi

19:06 28.05.2020

Qanunsuz it döyüşləri təşkil edənlər həbs edildi - RƏSMİ