Peykimizin idarəetməsi ‘Azərkosmos’ ASC-nin ixtiyarına verildi

Peykimizin idarəetməsi ‘Azərkosmos’ ASC-nin ixtiyarına verildi
01:03 04.04.2013
1124

Azərbaycanın ilk peyki, "Azerspace-1" telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən 2 aprel 2013-ci il tarixindən etibarən tamamilə "Azərkosmos" ASC-yə təhvil verilib. AZXEBER.COM-un “ictnews.az"aistinadən verdiyi məlumata görə, “Azərikosmos" ASC-nin ictimaiyyətlə əlaqələr üzrə idarəçisi Nigar Mədətli bildirib ki, "Azerspace-1" peykinin idarəetməsinin "Azərkosmos" ASC mütəxəssislərinə təhvil verilməsinə dair əməliyyatlar mart ayının 15-dən başlayıb, 2 aprel tarixində isə tam başa çatıb. Peyk artıq kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdədir. "Hazırda "Azərkosmos" ASC-nin mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peykin idarəetməsi ilə məşğuldurlar və aidiyyəti əməliyyatları aparmaqdadırlar. Peyk həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilə bilir". N. Mədətli bildirib ki, orbitdə istismar müddəti ən az 16 il təşkil edəcək "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub. "Azerspace-1" peykinin təkmil texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən 1/3 hissəsini əhatə edəcək, coğrafiya üzrə milyonlarca insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda, Qafqaz ölkələri, Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq regionunda mühüm iqtisadi rol oynayacaq". Qeyd edək ki, 8 fevral 2013-cü il tarixində orbitə buraxılan "Azerspace-1" peykinin günəş panelləri və reflektorları planlaşdırıldığı kimi 15 fevral tarixində açılıb, 19 fevral tarixində isə peyk 46 dərəcə Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib