"Peyvənd vurdurmayan insanlar məsuliyyətsizlik nümayiş etdirirlər" - Elman Nəsirov

"Peyvənd vurdurmayan insanlar məsuliyyətsizlik nümayiş etdirirlər" - Elman Nəsirov
Siyasət
16:31 28.04.2021
805
Vaksinasiya prosesi ölkəmizdə uğurla həyata keçirilsə də, hələ də bu prosesə spesifik yanaşmalar mövcuddur. 

Vətəndaşlardan bəziləri peyvəndlənmənin hər hansı fəsadlarının baş verəcəyini düşünərək, prosesdə iştirak etmirv. Bu da nəticədə digər insanları təhlükəylə qarşı-qarşıya qoyur. Belə olan halda yalnız bir fikir yaranır: Əhalinin  məcburi vaksinasiyada iştirak etməsi. 

Bəs vətəndaşların məcburi vaksinasiya prosesinə cəlb edilməsi fikri nə dərəcə zəruridir? 

Ümumiyyətlə, buna ehtiyac varmı? 

Millət vəkili Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında bildirib ki, ölkəmizdə hər bir şəxs mütləq şəkildə öz məsuliyyətini dərk edərək vaksinasiya prosesində  fəal iştirak etməlidir: 
  
"Azərbaycanın pandemiyaya qarşı mübarizə prosesindəki töhfəsi bütün dünyada qəbul olunub. Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə pandemiyaya qarşı mübarizə prosesinə töhfə verir. 

Prezident İlham Əliyev vaksinasiya mövzusunda çox prinsipial mövqedə dayanır və dəfələrlə beynəlxalq tribunalardan bildirib ki, vaksinasiya prosesində ölkələrin əlçatanlığı təmin edilməlidir, ədalətli bölgü olmalıdır. Azərbaycanda bu proses normal getməkdədir. Təxminən ölkədə 1 milyon 3 yüz mindən artıq vaksinasiya prosesi reallaşıb. Eyni zamanda parlamentin iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vurguladı ki, ölkəmizə daha 5 milyondan  artıq dozada vaksinin daxil olunması gözlənilir. Yəni prinsip etibarı ilə vaksin çatışmamazlığı problemi bizdə yoxdur. 

Ancaq bəzi insanlar hələ də bu məsələyə şübhə ilə yanaşırlar, bəzi insanlar hələ də gözləmə mövqeyindədirlər. Vaksinləşmə prosesindən kənarda qalan insanlar, öz həyatlarını, yaxınlarının həyatını təhlükə altına atmış olurlar. Məcburi vaksinasiya ilə bağlı məsələ bu gün aktual deyil. 

Bəzi insanlar qorxurlar, çəkinirlər, elə bilirlər ki, vaksinləşmə olanda onların həyatı təhlükə altına atılmış olur. Ancaq bir müddətdən sonra görəcəklər ki, qətiyyən belə deyil. İndi əslində problem vaksinin vurulmasından gələn təhlükə ilə bağlı deyil, problem peyvənd olunmamaq və belə olan vəziyyətdə üzləşəcəyimiz problemlərlə bağlıdı. Problem yoluxmayla bağlı yaranan problemlərdir. İnsanlar bu məsələləri başa düşməli və peyvəndlənmə prosesində fəal olmalıdırlar”.

Millət vəkili hesab edir ki, prosesin müəyyən kateqoriyalar üzrə getməsi gecikməyə səbəb olur:

"Biz yaş kateqoriyaları üzrə gözləməməliyik, belə olan vəziyyətdə bu proses gecikə bilir. Ona görə mən hesab edirəm ki, yaş kateqoriyasını nəzərə almadan belə, bu prosesi sürətlə həyata keçirmək olar. Mənim mövqeyim belədir”.

Elman Nəsirov bir çox ölkələrlə müqayisədə vaksinə sahib olmaq baxımından çox şanslı olduğumuzu və bundan faydalanmağın vacibliyini vurğulayıb:

"Bu gün peyvəndlənmə prosesində iştirak etmək istəməyən insanlar dərk etmirlər ki, indi peyvəndə sahib olmağın özü dünyada qlobal problemdir. Bir çox kasıb ölkələr peyvənd almaq imkanına malik deyil. Həmin ölkələrin vətəndaşları səbirsizliklə peyvənd olunmağı gözləyir. 

Sadəcə o peyvəndi ona verən yoxdur. Bizdə isə bəzi peyvənd vurdurmayan insanlar məsuliyyətsizlik nümayiş etdirirlər. 

Peyvənd var, indi bizimkilərin dərdinə bax da, peyvənd vurdurmurlar. Ona görə hesab edirəm ki, bu məsələdə çox məsuliyyətli olmaq lazımdır, prosesdə fəal iştirak etmək lazımdır".

Nərmin Məmmədli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"