Peyvənddən sonra əks göstəriş olanlara kompensasiya veriləcək? - RƏSMİ AÇIQLAMA

SAĞLAMLIQ
16:36 23.08.2021
2122
"Hazırkı tarixə qədər səhiyyə qurumlarına COVID-19-a qarşı peyvənddən sonra əks göstəriş ilə bağlı müraciət olunmayıb".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib.

"COVID-19-a qarşı peyvənddən sonra ciddi əks göstərişli müraciət olmadığından, bu istiqamətdə kompensasiyanın verilmə halı qeydə alınmayıb",- o qeyd edib.

OXŞAR XƏBƏRLƏR