Pezeşkian 12 günlük müharibə zamanı yaralanıb

Pezeşkian 12 günlük müharibə zamanı yaralanıb
DÜNYA
10:26 13.07.2025
389
İran prezidenti Məsud Pezeşkian 12 günlük müharibə zamanı İsrailin endirdiyi zərbə nəticəsində yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi "Fars" məlumat yayıb. 
 
Bildirilib ki, İran prezidenti Məsud Pezeşkian iyunun 16-da İsrailin Ali Milli Təhlükəsizlik Şurasının iclasının keçirildiyi binaya endirdiyi hava zərbəsi nəticəsində yaralanıb.

Görüşdə Pezeşkiandan başqa, parlamentin spikeri Məhəmməd-Bağer Qalibaf, məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər.

Məlumata görə, İsrail binaya ən azı 6 bomba atıb və beləliklə, təxliyə yollarını bağlayıb.
 
\"Unikal"
OXŞAR XƏBƏRLƏR