ABŞ-nin İrana qarşı nüvə təhdidlərinə sərt reaksiya verən İran Prezidenti Məsud Pezeşkian türkcə şeirlə rəsmi Vaşinqtona cavab verib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, "Bədbəxtlik körpüsündən keçmə, səni sel aparar, tülkünün kölgəsində yatma, aslan səni yeyər" şeiri ilə ABŞ-yə səslənən Pezeşkian sanksiyalara qarşı çıxıb.
İranın təzyiqlərə boyun əyməyəcəyini deyən dövlət başçısı ABŞ və İsrailin təhdidlərindən qorxmadıqlarını bildirib.
"Biz danışıqlar aparmayacağıq deməmişik. Əvvəldən demişdik ki, danışıqların aparılmasını istəyirik. Amma bütün şərtlər daxilində danışıqlar aparmayacağıq. Sanksiya tətbiq edib, sonra raketiniz, silahınız olmasın deyib danışıqlar təklif edə bilməzlər", - o deyib.
ABŞ və İsrailin təhdidlərindən qorxmadıqlarını deyən Pezeşkian İranın beynəlxalq təzyiqlərə müqavimət göstərəcəyini bildirib.
"Bəzi insanlar İsraildən qorxur, çünki Amerika onları dəstəkləyir. Amma biz qorxmuruq və qorxmayacağıq. Bizim cəmiyyətimizə belə olmaq yaraşır. Əminəm ki, Allahın köməyi ilə bütün problemlərimizi həll edəcəyik, lakin bu bir gecədə baş verməyəcək" - deyə Pezeşkian vurğulayıb.