Pezeşkian: "Hicab məsələsi zorla həll oluna bilməz"

Pezeşkian: "Hicab məsələsi zorla həll oluna bilməz"
SİYASƏT
20:49 10.08.2025
225
İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zor tətbiq etməklə həll etmək mümkün deyil.

Pezeşkian vurğulayıb ki, qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğrudur. Onun sözlərinə görə, bu məsələ mədəniyyətin təşviqi yolu ilə həll olunmalıdır.

Prezident əlavə edib ki, məscidlər mədəniyyət qurmaq funksiyasını yerinə yetirməli, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə həll edilməlidir.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR