Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
DÜNYA
13:43 18.10.2026
111

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakirə olunduğu iclasda bildirib.

"İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil, lakin istənilən hücuma qarşı güc və cəsarətlə canımız bahasına duruş gətirəcək, düşmənlərin torpağımıza tamah salmasına imkan verməyəcəyik", - Pezeşkian deyib.

O, İranın müdafiəsinin raketlərdən ibarət olmadığını qeyd edib: "Xalqımız, eləcə də ölkəmizdə mövcud olan birlik və həmrəylik İranın müdafiə qüdrətinin mühüm hissəsidir".
OXŞAR XƏBƏRLƏR