Pezeşkian: "İran nüvə proqramı üzrə danışıqlarda xarici təzyiqlərə boyun əyməyəcək"

Pezeşkian: "İran nüvə proqramı üzrə danışıqlarda xarici təzyiqlərə boyun əyməyəcək"
DÜNYA
02:28 22.02.2026
710
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkə nüvə proqramı üzrə danışıqlar zamanı dünya dövlətlərinin təzyiqinə boyun əyməyəcək.

AZXEBER.COM xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb.

İran prezidenti qeyd edib ki, dünya dövlətləri sıraya düzülüb bizi baş əyməyə məcbur etməyə çalışır: "Lakin biz onların yaratdığı bütün çətinliklərə baxmayaraq baş əyməyəcəyik".

Prezident Pezeşkian çətinliklərin mövcudluğunu etiraf edərək, ölkə vətəndaşlarına həmrəyliyi qorumağa çağırıb və onlara "mübahisələrdən imtina edib birliyi saxlamağı" tövsiyə edib.
OXŞAR XƏBƏRLƏR