İran-ABŞ danışıqların başlaması ilə Qətərdəki 6 milyard dollarımız sərbəst buraxılacaq.
İran Prezidenti Məsud Pezeşkian bunu bu gün Pul və Bank Siyasəti üzrə 33-cü Konfransda çıxışı zamanı bildirib.
Məsud Pezeşkianın sözlərinə görə, ABŞ-ın mövqeyi əvvəlki dövrlə müqayisədə 180 dərəcə dəyişib və Vaşinqton artıq İran xalqının hüquqlarını nəzərə almamağın mümkün olmadığını qəbul edi: "Qarşıdakı danışıqlar iqtisadi canlanma, bazarların açılması və mövcud problemlərin həlli üçün olduqca əlverişli zəmin yaradır. Biz öz maliyyə resurslarımıza çıxış əldə etmək və onlar barədə müstəqil şəkildə qərar vermək imkanına malik olacağıq. Danışıqlar prosesinin başlanması ilə Qətərdə saxlanılan 6 milyard dollar həcmində vəsait azad ediləcək. İran uranın zənginləşdirilməsi hüququndan heç vaxt geri çəkilməyəcək və qarşı tərəf də bunu qəbul etməyə məcburdur. Ölkədə birlik və həmrəyliyin pozulmasına yönəlmiş çıxışlar edən şəxslər faktiki olaraq düşmənin maraqlarına xidmət edir və onun dəyirmanına su tökürlər”.











































