Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var

Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
DÜNYA
16:48 31.07.2025
316
İran prezidenti Məsud Pezeşkian ölkənin su ehtiyatlarının getdikcə azaldığını və quraqlığa doğru getdikləri barədə xəbərdarlıq edib.
 
AZXEBER.COM-un İRNA-ya istinadən verdiyi məlumatına görə, Pezeşkian Zəncan vilayətində Əyalət Planlaşdırma Şurasının iclasında çıxış edərək, yaxın günlərdə yarana biləcək su böhranına toxunub.

Pezeşkian, "Su böhranı cəmiyyətin bugünkü ciddi problemlərindən biridir və bütün məlumatlar göstərir ki, su ehtiyatları azalır, azalma tendensiyası var və biz quraqlığa doğru gedirik".

Pezeşkian qeyd edib ki, idarə olunan su istehlakı olmadan ölkənin bir çox şəhərləri su qıtlığı ilə üzləşəcək.
 
O, "Su istehlakına nəzarət etməsək və idarə etməsək, sentyabr və oktyabr aylarında bəndlərdə su qalmayacaq, Tehranda su olmayacaq və ciddi problemlərlə üzləşəcəyik” dedi.
 
Gülay
OXŞAR XƏBƏRLƏR