Pezeşkian Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirib

Pezeşkian Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirib
DÜNYA
14:42 08.04.2026
412
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Bu barədə Şahbaz Şərif "X” hesabında məlumat verib.

O, Pakistanın ABŞ-İran danışıqlarına ev sahibliyi etmək təklifini qəbul etdiyinə görə İran rəhbərliyinə təşəkkür edib.

"Prezident Pezeşkian İranın danışıqlarında iştirak edəcəyini bir daha təsdiqlədi və Pakistanın səylərini yüksək qiymətləndirdi”, - Şərif qeyd edib.

O, Pakistanın regionda və region hüdudlarından kənarda sülh və stabilliyin inkişafı üçün bütün dost ölkələr və tərəfdaşlarla işləmək əzmində olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR