Pezeşkian Putinlə görüşəcək

Pezeşkian Putinlə görüşəcək
DÜNYA
01:36 24.10.2026
113
"Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etdim və ikitərəfli münasibətlərdəki son inkişafları, əsas regional və beynəlxalq məsələləri ətraflı müzakirə etdik". 

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. 

"Müzakirə mövzularına siyasi və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, birgə müqavilələrin həyata keçirilməsi və İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi daxil idi.

Həmçinin ortaq maraqların qorunması və regional sülh və sabitliyin gücləndirilməsi üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğuladıq.

Bu müzakirələr və məsləhətləşmələr gələn həftə Moskvada iki ölkə prezidentlərinin iştirakı ilə davam edəcək", - deyə o qeyd edib.
 
///unikal///
OXŞAR XƏBƏRLƏR